Yaşar Nurinin vəfat edən qızı vəzifəli şəxs imiş
Mərhum Xalq artisti, aktyor Yaşar Nurinin vəfat edən qızı Ülviyyə Yaşarqızı vəzifəli şəxs imiş.
Gender.Az “Yeni Sabah”a istinadən xəbər verir ki, o, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı olub.
Ülviyyə Yaşarqızı qurumun Vergi cinayətlərinin ibtidai araşdırılması Baş İdarəsində çalışıb.
O, uzun illərdir müstəntiq vəzifəsində işləyirdi.
Qeyd edək ki, 49 yaşlı Ü.Yaşarqızı gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişib.
Tarix: 15 noyabr 2025
Baxış: 39
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş