Redaktor seçimi
    Paşinyan Zəfər paradından danışdı: Çox təsirli ola bilər...
Xəbər lenti
Reklam
Bakıda ilk: Həmrəylik forumu keçiriləcək

Bakıda ilk dəfə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçiriləcək.
Gender.az xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.
Noyabrın 23-dən 26-na kimi davam edəcək forum çərçivəsində "Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü", "WUF13-ə doğru - Türk dünyasında ilk" adlı panel müzakirələri təşkil olunacaq.
Toplantıda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikasından 300-ə yaxın QHT təmsilçisi iştirak edəcək.
Tədbir çərçivəsində "Azərbaycan-Qazaxıstan QHT-lərinin I Əməkdaşlıq Forumu" da təşkil olunacaq.
Forum Bakıdan sonra öz işini Naxçıvan Muxtar Respublikasında davam etdirəcək. Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatına Üzv Dövlətlərin QHT-lərinin Platformasının təsis olunması da gözlənilir. Bu Platformada 8 ölkədən QHT-lər birləşəcək.
Qeyd edək ki, bu ilin aprelində Bakıda dünyanın 3/2 hissəsini əhatə edən bölgədən olan vətəndaş cəmiyyəti təsisatlarının iştirakı ilə Qlobal Cənub QHT Platforması da təsis olunub.

Tarix: 13 noyabr 2025
Baxış: 27

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş