Xəbər lenti
Reklam
Ən etibarlı köhnə maşınlar açıqlanıb - Siyahı

Düzgün qulluq edildiyi halda 500 min kilometr məsafə qət edə bilən 8 avtomobilin siyahısını Məlum olub. Reytinqə 1980-ci illərdən 2010-cu illərin əvvəllərinədək istehsal olunmuş modellər daxil edilib.
 "Carbuzz" portalı araşdırma aparıb. 
Siyahının sonunda, 8-ci yerdə BMW M5 E39 (1998–2003) qərarlaşıb — bu model sadə konstruksiyası ilə fərqlənir. Ondan sonra Mercedes-Benz SL-Class AMG (R129, 1989–2001) gəlir — onun 7,3 litrlik mühərriki ən etibarlılardan biri hesab olunur.
6-cı yeri isə Volkswagen Golf V (2004–2009) atmosferik V6 mühərriki ilə tutur.
Siyahıya həmçinin BMW M3 (E46, 2000–2006), Porsche Boxster S (987, 2004–2012), Porsche 911 Carrera (997, 2005–2012) və Audi TT ikinci nəsil (8J, 2008–2015) modelləri də daxil edilib.
Birinci yeri isə Mercedes-Benz E-Class W124 (1984–1995) tutub — o, son onilliklərin bütün alman avtomobilləri arasında ən etibarlı model kimi tanınıb. \\Ölkə.Az 

Tarix: 08 noyabr 2025
Baxış: 23

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş