Bu meyvə yalnız 4 ölkədə yetişir - FOTO

Ladolia zeytun ağacı dünyada yalnız İspaniya, İtaliya, Kanada və Türkiyədə bitir. Elm adamları Türkiyədə Gökçəadada rast gəlinən, mənşəyi və genetik quruluşu ilə digər zeytun növlərindən fərqlənən bu bənzərsiz ağacın Egey dənizinin iqliminə necə uyğunlaşdığını hələ də izah edə bilmirlər.
Mütəxəssislərin fikrincə, yüksək aroması, aşağı turşuluğu və zəngin fenolik birləşmələri ilə ladoliya dünyanın ən qiymətli zeytun sortlarından biri hesab olunur. Bununla belə, bu xüsusi çeşid həm iqlim şəraitinə, həm də yetişdiyi torpağın mineral tərkibinə son dərəcə həssasdır. Buna görə də, o, yalnız Türkiyənin Gökçəadasında təbii şəkildə yetişir.
Gender.Az Metbuat.Az-a istinadla xəbər verir ki, Yunanıstan mənşəli zeytun çeşidi olan ladolia adanın mikroiqlimi sayəsində Türkiyədə özünəməxsus bir xüsusiyyət qazanıb. Bölgədəki istehsalçılar onu pestisidlərdən istifadə etmədən tamamilə orqanik üsullarla yetişdirirlər. Zeytunlar mövsümün əvvəlində yığılır və həmin gün soyuq sıxma üsulu ilə yağlanır.
Zeytun yağı qızılı sarı rəngdədir, bir qədər acı və ədviyyatli ləzzətə malikdir. Mütəxəssislər adanın küləkli havasının və dənizin duzlu rütubətinin ona bu keyfiyyətləri verdiyini düşünürlər.
Qeyd edək ki, ladoliya ağacı kiçik meyvəli, erkən yetişən bir növdür. Bu xüsusiyyət onu yüksək keyfiyyətli zeytun yağı istehsalı üçün ideal edir. Bununla belə, kifayət qədər incə bir quruluşa malikdir və lazımi qayğı və torpaq şəraiti təmin edilmədikdə məhsuldarlıq azalır.
Kənan İsmayılov
Tarix: 07 noyabr 2025
Baxış: 26
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş