ABŞ-də iki azərbaycanlı HƏBS EDİLDİ 
İki azərbaycanlı ABŞ-də yaşayan iranlı dissident Məsih Əlinecadı öldürməyə cəhddə təqsirli bilinərək həbs edilib.
Gender.az xəbər verir ki, Nyu-York Məhkəməsi 46 yaşlı Rəfat Əmirov və 41 yaşlı Polad Ömərovu uğursuz sui-qəsd işi üzrə 25 il müddətinə azadlıqdan məhrum edib.
Bildirilir ki, adıçəkilən hər iki şəxs Tehranın dəstəyi ilə hərəkət edib və sui-qəsdə görə İslam İnqilabı Keşikçiləri Korpusu 500 min dollar ödəyib.
Qeyd edək ki, Məsih Əlinecad 2009-cu ildə İrandan qaçıb. O, rəsmi Tehranın qadınlara münasibətini açıq şəkildə tənqid edib. \\Oxu.az
   
  Tarix:  31 oktyabr 2025  
 Baxış: 27 
  
 
                Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
        
    
                Bizi izləyin:
                
İnstagram: Gender
                Facebook: Gender
                             
							
							
							
 
  
  	Xəbəri paylaş