MƏNZİL VƏ OBYEKT sahiblərinin NƏZƏRİNƏ...
Nəyə görə Azərbaycanda sığorta şirkətlərinə inam yoxdur? Sığorta bazarınnda canlanma yaratmaq üçün nə etmək olar?
Mövzu ilə bağlı sığorta məsələləri üzrə ekspert Ceyhun Şəfiyev Referans-a açıqlamasında bildirib ki, Azərbaycanda sığorta bazarının zəif inkişafı və ictimai inamsızlıq uzun illərdir müzakirə olunan mövzudur. Azərbaycanda sığorta şirkətlərinə inamın aşağı olmasının müxtəlif səbəbləri var. Sovet dövründən miras qalmış “dövlət hər şeyi təmin etməlidir” düşüncəsi hələ də qalır. İnsanlar sığortanı “lazımsız xərcləmə” kimi görür, çünki onu gündəlik həyatın bir hissəsi kimi qəbul etməyiblər. hadisələrinin ödənişində problemlər
Ekspert inamsızlığa səbəb olan faktor kimi bəzi şirkətlərin hadisə zamanı ödənişləri gecikdirməsini qeyd edib. Ekspert bildirib ki, bu kimi hallar tez bir zamanda sosial mediaya çıxır və ümumi inamı sarsıdır.
Müsahibimizin qənaətinə görə, bu mövzuda şəffaflıq və kommunikasiya çatışmazlığı da ciddi səbəblərdəndir. Bununla yanaşı sığorta şirkətləri müştərilərlə bağlanılan müqavilələri çox mürəkkəb formada tərtib edirlər. Şirkətlər müştəriyə açıq, sadə dillə izah vermirlər.
Ekspert onu da vurğulayıb ki, bu məsələdə dövlət nəzarəti və bazar tənzimlənməsi kifayət qədər yaxşı deyil. Sığorta şirkətləri keyfiyyətsiz xidmət göstərdiyi halda ciddi sanksiyalarla qarşılaşmırlar.
"Bütün bunların fonunda da ümumilikdə Azərbaycanda sığorta sisteminə etimadsızlıq göstərilir", - deyə ekspert əlavə edib.
Bünyamin Bünyadzadə
Referans