Xəbər lenti
Reklam
Məktəblərdə laborantlar nə iş görür? - Ekspertdən maraqlı AÇIQLAMA

Bildiyimiz kimi, demək olar ki, hər məktəbdə laborant vəzifəsi mövcuddur. Onlar təhsil müəssisələrində dərslərin, xüsusilə də təbiət elmləri fənlərinin praktik hissələrinin təşkilində mühüm rol oynayırlar. Lakin maraqlıdır ki, bir çox məktəbdə laborantların fəaliyyəti barədə nə şagirdlərin, nə də bəzən müəllimlərin tam məlumatı yoxdur. Bəzi hallarda laborantlar məktəbdə sadəcə “var kimi görünür”, amma onların gündəlik işi, məsuliyyətləri və tədris prosesinə töhfələri göz önündə olmur.
Bəs əslində laborantlar nə iş görürlər? Onların məktəb həyatında rolu nədən ibarətdir və bu vəzifə niyə bu qədər vacib sayılır?
Mövzu ilə bağlı Redaktor.Az-a açıqlama verən təhsil eksperti Elçin Murad bildirdi ki, məktəblərdə laborantın əsas vəzifəsi lazımi avadanlıqların həmişə saz vəziyyətdə olmasını təmin etmək, müəllimin işini daha sürətli və əlçatan hala gətirməkdir:
"Dünya təcrübəsində müəllimin yanında fəaliyyət göstərən laborant müəllim dərsə başlayana kimi bütün lazımi işləri görüb müəllimin problemsiz dərsə başlamasını təmin etdiyini görürük. Bizim bir çox məktəblərdə bu prosesin sadəcə üzdə olduğu görünür. Bunun əsas səbəbi bütün məktəblərdə texniki avadanlıqların ya heç olmaması, ya da zəif olmasıdır. Belə olan halda da laborant arxa fonda qalır və heç bir işlə məşğul olmur. Bu da həmin laborantın getdikcə daha da passivləşməsinə səbəb olur. Laborant sahəsi əksəriyyət fənlərdə, xüsusilə də, informatika və biologiya fənləri sahəsində aktiv işlədilməlidir. Çünki dərs prosesini sadəcə nəzəriyyə ilə deyil, eyni zamanda texniki vasitələrlə (proyekt, kompüter və digər) keçirilməsi həmin dərsin şagird tərəfindən daha başadüşülən edir. Bu vasitələrin dərs başlayana qədər tam təmin olunması isə laborantın üzərinə düşür. Belə olan halda həm müəllimin işi ləngimir, həm laborant öz vəzifə öhdəliklərini lazımınca yerinə yetirə bilir, həm şagirdlər belə bir şəxsin varlığından xəbərdar olur. Bu və bu kimi halların daha da aktivləşməsi üçün düşünürəm ki, məktəblərdə şərait yaradılması mütləqdir".

Nuriyyə NATİQQIZI

Tarix: 28 oktyabr 2025
Baxış: 27

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş