Redaktor seçimi
    Arayik və dəstəsinin məhkəməsi davam etdirilir - Bu şəxslərin ifadələri elan olundu + FOTOLAR
Xəbər lenti
Reklam
Həyat yoldaşının başını keçəl edən şəxs saxlanıldı

Sosial şəbəkələrdə kişinin qadına şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb. Görüntülərdə qadının saçlarının keçəl edildiyi və təhqir olunduğu kadrlar yer alıb.
Gender.Az xəbər verir ki, həmin görüntülərlə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, oktyabrın 28-də qadına yaşadığı ünvanda həyat yoldaşı tərəfindən fiziki zorakılıq tətbiq edilməsi ilə bağlı polisə məlumat daxil olub:
"Əməli törətməkdə şübhəli bilinən T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir".

Tarix: 28 oktyabr 2025
Baxış: 29

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş