Xəbər lenti
Reklam
“Süni intellekt insanları işsiz qoyacaq”

Amerikalı milyarder və sahibkar İlon Mask bildirib ki, yaxın gələcəkdə süni intellektin inkişafı milyonlarla insanı işsiz qoyacaq və insanlar artıq işləməyə ehtiyac duymayacaqlar.
O bu fikirləri “Amazon” şirkətinin 600 min əməkdaşının robotlarla əvəzlənməsi barədə yayılan xəbərlərə münasibət bildirərkən səsləndirib.
O, investor Ceyson Kalakanisin sosial şəbəkədəki paylaşımına cavab olaraq qeyd edib ki, süni intellekt və robotlar insanların bütün iş yerlərini əllərindən alacaq:
“İşləmək artıq məcburi olmayacaq”.
Onun fikrincə, gələcəkdə robotlar sayəsində insanlar istədikləri hər bir fəaliyyətlə məşğul ola biləcəklər:
“Məsələn, tərəvəzləri mağazadan almaq əvəzinə, özləri yetişdirə biləcəklər”. \\Qafqazinfo
Tarix: 23 oktyabr 2025
Baxış: 19

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş