Türkmənistana 9, İraqa 17 manatdan satılıb - Kərə yağı alan - ÖLKƏLƏR, QİYMƏTLƏR
Cari ilin yanvar-avqust aylarında Azərbaycan xarici ölkələrə ümumilikdə 3 719,17 ton kərə yağı ixrac edib.
Məhsulun ixracından əldə olunan gəlir 25 milyon 938,81 min ABŞ dolları təşkil edib.
Kərə yağı əsasən 6 ölkəyə - Qazaxıstan, Özbəkistan, Rusiya, Türkmənistan, Gürcüstan və İraq istiqamətində ixac olunub.
Ən böyük həcmlə ixrac Rusiyaya olub. Bu ölkəyə 3 377 ton kərə yağı satılıb və ümumi gəlir 23 milyon 614,69 min dollar təşkil edib. Beləliklə, Rusiyaya ixrac olunan hər kiloqram kərə yağının qiyməti 6,99 dollar və ya 11,88 manat olub.
Özbəkistana 160 ton kərə yağı göndərilib, ixrac dəyəri 1 milyon 198,44 min dollar təşkil edib. Hər kiloqram üçün orta qiymət 7,49 dollar və ya 12,73 manat olub.
Türkmənistana 159,8 ton kərə yağı ixrac olunub və 931,65 min dollar gəlir əldə edilib. Hər kiloqramın qiyməti 5,83 dollar, təxminən 9,91 manat olub.
Qazaxıstana isə 20 ton məhsul göndərilib. Bunun dəyəri 173,36 min dollar, hər kiloqram üçün qiymət isə 8,66 dollar və ya 14,73 manat olub.
Gürcüstana 1,44 ton kərə yağı ixrac edilib, ümumi dəyəri 10,97 min dollar, 1 kiloqramın qiyməti isə 7,61 dollar və ya 12,95 manat olub.
Ən az ixrac İraqa reallaşdırılıb, 0,93 ton həcmində kərə yağı 9,69 min dollar dəyərində göndərilib. Burada 1 kiloqramın qiyməti 10,41 dollar və ya 17,71 manat olub.
Ümumilikdə, kərə yağı ixracı üzrə ən yüksək pay Rusiyanın payına düşüb.\\ Valyuta.az