Xəbər lenti
Reklam
İKEA smartfonlar üçün çarpayı yaratdı

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) pərakəndə satış şəbəkəsi olan İKEA sağlam yuxu və rəqəmsal detoksun təşviqinə yönəlmiş unikal təşəbbüsə başlayıb.
Bu barədə “Middle East Campaign” məlumat yayıb.
“Telefon Yuxu Kolleksiyası” adlanan kampaniya müştərilərə sırf mobil cihazlar üçün hazırlanmış miniatür beşiklər təklif edir.
Hər beşikdə quraşdırılmış NFC çipi var. Bu çip xüsusi İKEA proqramı ilə əlaqə qurur və smartfonun təyin olunmuş beşikdə qaldığı vaxtı qeyd edir.
Ardıcıl yeddi gecə ərzində cihazlarının ən azı yeddi saat yatmasını təmin edən iştirakçılar 100 dirhəm (46 manat - red.) dəyərində çeklə mükafatlandırılacaqlar. Bu bonus şəbəkənin mağazalarında sonrakı alışlarda istifadə edilə bilər.
Bu təşəbbüs smartfonların daimi yataqlarda olmasını daha yaxşı istirahətə və rəqəmsal dünyadan şüurlu şəkildə uzaq durmağa kömək edən rituala çevirmək məqsədi daşıyır. \\Yeniavaz.com 
Tarix: 20 oktyabr 2025
Baxış: 22

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş