Redaktor seçimi
    Beynəlxalq konfrans iştirakçıları Şuşa türməsinə baş çəkdilər
Xəbər lenti
Reklam
Bakı metrosunda yenilik: Qatarın nə vaxt gələcəyi ekranlarda görünür - VİDEO

“Bakı Metropoliteni” sərnişinlər üçün yeni informasiya sistemini istifadəyə verib.
Gender.Az bildirir ki, Modern.az-ın məlumatına görə, bəzi stansiyalarda qatarın nə zaman gələcəyi tabloda əks olunur.
Əvvəllər mövcud sistemdə yalnız qatarın nə zaman stansiyadan çıxdığı göstərilirdi. Yeni tablolar isə bu ənənəni dəyişərək sərnişinlərə qatarın yaxınlaşma vaxtını izləmək imkanı yaradır.
Layihə “Bakı Metropoliteni” tərəfindən pilot mərhələdə həyata keçirilib və artıq bir neçə stansiyada sınaqdan uğurla keçirilib. Sistem gələcəkdə bütün metro stansiyalarında mərhələli şəkildə tətbiq olunacaq.
Bakı metrosundan sorğumuza cavab olaraq bildirilib ki, hazırda interval göstəriciləri ilə bağlı test rejimində bir sıra işlər aparılır. Yeniliklər tətbiq olunacağı təqdirdə ictimaiyyətə məlumat veriləcək.

 

Tarix: 08 oktyabr 2025
Baxış: 36

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş