Xəbər lenti
Reklam
TƏBİB-in xanım işçisi bıçaqlandı

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Qanbayeva Lamiyə Nəcməddin qızı ailə-məişət zorakılığına məruz qalaraq, müxtəlif bədən xəsarətləri alıb.
Gender.Az xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova deyib.
Bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə çalışdığı Şirvan Rayon Mərkəzi Xəstəxanasında zəruri instrumental-diaqnostik müayinələrdən sonra üzərində cərrahi əməliyyat icra olunub.
Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Tarix: 06 oktyabr 2025
Baxış: 29

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş