Azərbaycanda qaz istifadəsinə görə sabit tarif tətbiq ediləcək. Bu məsələ Milli Məclisdə qəbul olunan “Qaz təchizatı haqqında” qanunda bu məsələ öz əksini tapıb.
Gender.Az-ın məlumatına görə, qaz şəbəkəsinə qoşulmuş bütün sayğaclar üçün istehlakçılardan hər ay 1 manat məbləğində sabit ödəniş tutulacaq. Bu ödəniş qazdan istifadə edilib-edilməməsindən asılı olmayaraq, hər ay həyata keçirilməlidir. Qaydanın 2026-cı ilin 1 yanvarından qüvvəyə minəcəyi nəzərdə tutulur.
Maraqlıdır, sabit tarifin tətbiqindən sonra qaz limitlərinin ləğvi məsələsi də gündəmə gələ bilərmi?
“Azəriqaz” İstehsalat Birliyindən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, limit və tarifləri müəyyənləşdirən qurumun səlahiyyətində deyil.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev isə öz açıqlamasında söyləyib ki, praktik olaraq prosesin necə işləyəcəyi ilə bağlı detallar hələlik bəlli deyil.
“Tezliklə aidiyyəti qurumlar tərəfindən ətraflı açıqlama veriləcək”, - deyə millət vəkili qeyd edib.
Qeyd edək ki, qaz enerjisi üzrə limitlər 2016-cı ildən etibarən qüvvədədir.