“Əgər Rusiya tərəfindən qəbul edilmiş qanunun səbəbi sırf boyun balaca olması nəticəsində qəzaların və digər hadisələrin qarşısını almaqdırsa, bu, onların statistik məlumatlarına əsaslana bilər. Amma bu, o demək deyil ki, orada qəbul olunan qanun digər qonşu ölkələrdə də tətbiq edilməlidir”.
“Hətta cırtdan boylu şəxslər də avtomobilin daxili konfiqurasiyası uyğunlaşdırıldığı halda imtahan verib sürücülük vəsiqəsi əldə edə bilirlər. Bu səbəbdən də əlavə dəyişikliklərə ehtiyac yoxdur. Bundan başqa, əgər belə bir məsələ gündəmə gələcəksə, əvvəlcə müvafiq dinləmələr və ictimai müzakirələr aparılmalıdır”.
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin: