Bu qəsəbəyə metro çəkiləcək
Bakı Metropoliteninin konseptual inkişaf sxeminə və Bakı şəhərinin Baş Planına əsasən, 2040-cı ilədək Yeni Günəşli qəsəbəsinə metro xəttinin çəkilməsi nəzərdə tutulur.
Gender.Az “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir ki, stansiyanın inşa olunma tarixi və yerləşəcəyi ərazi Baş Plana uyğun müəyyənləşəcək.
Metropolitendən həmçinin bildirilib ki, Baş Planda 2040-cı ilədək Xırdalan şəhəri, Masazır və Zabrat qəsəbələrinə metro xəttinin çəkilməsi nəzərdə tutulmayıb.
Gələcəkdə bu istiqamətdə hər hansı dəyişiklik və ya yenilik olacağı təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək.
Tarix: 25 sentyabr 2025
Baxış: 19
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş