Xəbər lenti
Reklam
Yeni marşrut avtobusu açılır - Gedişhaqqı 50 qəpik

Sabahdan yeni marşrut avtobusu fəaliyyətə başlayır.
“Gender.az” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, 340 nömrəli müntəzəm marşrut avtobusu Binə qəsəbəsinin Əli İsazadə küçəsini Mərdəkan qəsəbəsinin Hacı Zeynalabdin Tağıyev küçəsi ilə əlaqələndirəcək. 
“ÇinarTrans” MMC-yə məxsus 10 ortatutumlu avtobus 10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək. Marşrutda gedişhaqqı 0,50 qəpik təşkil edir.
Avtobuslarda ödəniş nağdsız qaydadadır.

Tarix: 23 sentyabr 2025
Baxış: 21

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş