Xəbər lenti
Reklam
GÜNƏŞ TUTULAN GÜNÜ ALLAH AZƏRBAYCANA BU MESAJI GÖNDƏRDİ

“Əməl dəftəri qarşısına qoyulacaq. Günahkarların orada yazılmış olanlardan qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O Bizim heç bir kiçik və böyük günahımızı gözdən qaçırmadan hamısını sayıb (!) yazmışdır ki!” Onlar etdikləri bütün əməllərin öz qarşılarında hazır durduğunu görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Hər kəs öz əməlinin cəzasını alacaqdır!)” Quran, 18:49 
 
Xəbər verildiyi kimi, dünən (21.09.2025) Bankonq-London reysi ilə uçan “Boeinqg-777” təyyarəsi Bakıya məcburi eniş etdi. Elmi-lədun hesablamalarımız göstərir ki, ilk baxışdan təsadüfü görünən bu hadisədə çox böyük hikmətlər var və kodlaşdırılmış mesajlar təyyarənin markasında gizlənir. İndi sizinlə birlikdə hadisənin üzərindən sirr pərdəsini qaldırmağa çalışaq. 

1) Dünən 25 oktyabr 2002-ci il tarixli Günəş tutulmasının 1063-cü günü idi ki, bundan da orjinal (Kəbədə saxlanan) Quranın  səhifələrinin sayını çıxsaq, Bakıya enməyə məcbur (!) olan təyyarənin üzərindəki marka görünər:

                     1063 – 286 = 777 

2) Dünən Xızıda sursat (15.04.23) partlamasının (hadisədə iki nəfər ölmüş, bir nəfər yaralanmışdı) 891-ci günü idi ki, bundan da Quranın surələrinin sayını çıxsaq, alınan ədəd yenə də qəza enişi edən təyyarənin markasını göstərir və bu enişin Allahın elminə (Kitabına) bağlı olduğunu ortaya qoyur:

                     891 – 114 = 777 

3) Dünən həmçinin, Dubay-Mahaçqala reysində uçan sərnişin təyyarəsinin (12.02.23) Bakıya qəza enişi etməsinin 955-ci günü idi ki, bundan da Quranın surə və səhifələrinin sayını çıxsaq, yenə də tövbə və cəza rəmzi olan 555 ədədi alınır; bununla da Azərbaycan xalqnın və onun zülm etməyi sevən rəhbərlərinin diqqətini tövbə etməyin vacibliyinə yönəldir. 

4) Bu kodlaşdırılmış mesaj Günəş tutulmasının fonunda baş verdi (Dünən Günəş tutuldu).

HAŞİYƏ
Oxucularıma məlumdur ki, elm və kamillik əsri olan XXI əsr başlayandan bəri təyyarə markaları üzərindən Azərbaycan xalqına və onun rəhbərliyinə dəfələrlə kodlaşdırılmış mesajlar verilib. Bu mesajları zaman-zaman dövrü mətbuatda izahla dərc edib, İlahi xəbərdarlıqları xalqın və rəhbərliyin diqqətinə çatdırmışam. Onlardan bəzi faktları (mesajları) təkrar xatırlatmağı vacib bildim.  

1) 2004-cü ilin 23 yanvar tarixində Fransanın Tuluza təyyarə zavodunda Azərbaycan rəhbərliyinə 555 (!) yerlik “A-380” markalı təyyarənin maketi təqdim olundu və bu maketlə birlikdə çəkdirdiyi şəkil mətbuatda dərc olundu. Maraqlıdır ki, maketin verildiyi tarix, Türkiyədə (10.01.2003) baş verən iki təyyarə toqquşmasının 380-ci (!) günü idi ki, bu da maketin üzərində həkk olunmuşdu. 

Maket təqdim olunduğu  gün, Ay tutulmasının (09.01.2001) 1110-cu günü idi ki, bundan təyyarədəki yerlərin sayını (555) çıxsaq, alınan ədəd tövbə rəmzi olmaqla, yenə də günahlardan çəkinməyin vacibliyinə mesaj verir:

                     1110 – 555 = 555
Maketin təqdim edildiyi tarix, digər Ay tutulmasının (05.07.2001) 935-ci günüdür ki, bundan da maketin üstündəki markanı çıxsaq, yenə də tövbə və cəza rəmzi alınır:

                     935 – 380 = 555

2) 2004-cü ilin martın 23-də Özbəkistanın Çkalov adına təyyarə zavodunda yenə Azərbaycan rəhbərliyinə “İL-114” (!) markalı təyyarənin maketi təqdim edildi. Həmin gün Ay tutulmasının (26.05.2002) 669-cu günüdür ki, bundan da maketin üzərindəki markanı çıxsaq, yenə də tövbə və cəza rəmzi alınır:

                     669 – 114 = 555

3) 25 avqust 2005-ci il tarixdə daha bir təyyarə maketi Azərbaycan rəhbərinə Almaniyada səfərdə olarkən təqdim edildi. Üzərində “A-319” yazılmış bu maket ona təqdim olunan gün, Ay tutulmasının 114-cü (!) günü idi ki, bu da xalqın və rəhbərin diqqətini bəşəri dəyərlər rəmzi olan Qurana yönəltmək, İlahi qanunlara (yaradılış qanunlarına) tabe olmağın mesajını verirdi...

“Biz, peyğəmbər göndərməmiş (heç bir xalqa) əzab vermərik!”
“Biz bir məmləkəti məhv etmək istədikdə (bir nəfərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (haqqa təslim olmağı, xalqa zülm etməməyi) əmr edərik. Lakin onlar (bu çağrışa məhəl qoymayıb) pis-pis işlər törədərlər. Beləliklə, (o məmləkətə əzab verilməsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik”.

Söz ardı: artıq zaman o zamandır ki, bəla qapınızın ağzına dirənib və xəbərdarlıqlar da təkrar-təkrar szlərə çatdırılıb. İndi nə deyirsiniz, tövbəni seçirsiniz, yoxsa məmləkətinizin, xanimanınızın yerlə yeksan olmağını?!

"Elə isə onlardan ötrü tələsmə, çünki Biz onların günlərini bir-bir sayırıq". “Quran”, 19:84



Dr. Paşa Yaqub – elmi-lədun bilicisi  
22 sentyabr 2025






Tarix: 23 sentyabr 2025
Baxış: 29

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş