Redaktor seçimi
    Azərbaycanda qumar şəbəkəsi ifşa olundu - DİN-dən əməliyyat+VİDEO
Xəbər lenti
Reklam
Şəmistan Nəzirli Bülbülə qəbristanlığında dəfn olunacaq - YENİLƏNİB

Polkovnik-leytenant, hərbi jurnalist Şəmistan Nəzirli ilə vida mərasimi sabah (21 sentyabr) saat 13:00-da evində keçiriləcəkdir.
"Gender.az" APA-ya istinadən xəbər verir ki, Şəmistan Nəzirli Bülbülə qəbristanlığında dəfn olunacaq.

14:01
Hərbi jurnalist, yazıçı Şəmistan Nəzirli 83 yaşında vəfat edib.
Bu barədə APA-ya Elçin Şıxlı məlumat verib.
O bildirib ki, hazırda Şəmistan Nəzirlinin nəşi Qazaxdan Bakıya gətirilir.
Qeyd edək ki, Şəmistan Nəzirli Şəmistan Nəzirli 1942-ci il avqustun 12-də Qərbi Azərbaycanın Loru nahiyyəsinin Yuxarı Körpülü kəndində anadan olub. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində hərbi vətənpərvərlik redaksiyasında redaktor, şöbə müdiri (1973–1991), Azərbaycan Dövlət Ensiklopediyasında "Xatirə" redaksiyasının şöbə müdiri (1991–1992), Respublika Müdafiə Nazirliyinin Hərbi-Elmi Tədqiqatlar və Tarix İdarəsində şöbə müdiri (1992–1996), Respublika Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Hərbi proqramlar və salnamə" baş redaksiyasının baş redaktoru (1996–1998) kimi fəaliyyət göstərib.
2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Tarix: 20 sentyabr 2025
Baxış: 24

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş