Paşinyan arvadını Pekində qoyub, Yaponiyaya getdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Çindən Yaponiyaya gedib.
Gender.Az xəbər verir ki, erməni mediası onun Yaponiyaya tək getdiyini yazıb.
Bildirilib ki, o, Çinə həyat yoldaşı və qızı ilə getmişdi.
Tokioya səfər çərçivəsində Paşinyanın yapon həmkarı ilə görüşü gözlənilir.
Sentyabrın 5-də Ermənistanın baş naziri Osakada “Expo 2025” sərgisi çərçivəsində keçiriləcək Ermənistanın Milli Gününə həsr olunmuş tədbirdə iştirak edəcək.
Qeyd edək ki, Paşinyan Çində keçirilən ŞƏT toplantısında və paradda iştirak edib.
Tarix: 03 sentyabr 2025
Baxış: 24
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş