Bu halda işçiyə maaşın 1,7 misli ödənilir
Əgər bir iş yeri bağlanırsa, bu, ilk növbədə orada çalışan işçilərin taleyinə təsir edir. Belə hallarda işçilərin hüquqlarının qorunması və qanunvericiliyə əməl olunması xüsusi önəm daşıyır.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Metbuat.Az-a açıqlamasında bildirib ki, müəssisənin ləğvi və ya ştatların ixtisar olunması halında işçilərə həmin müəssisədə işlədikləri müddət nəzərə alınmaqla kompensasiya ödənilir.
Ekspert qeyd edib ki, bununla bağlı qanun Əmək Məcəlləsinə əsasən tənzimlənir:
“Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndlərinə əsasən əmək müqaviləsinə xitam verilərkən işçiyə onun əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir. Stajı bir ilə qədər olan işçiyə orta aylıq əməkhaqqı miqdarında, bir ildən beş ilə qədər olan işçiyə isə orta aylıq əməkhaqqının azı 1,4 misli həcmində müavinət verilir. Əgər işçinin əmək stajı beş ildən on ilə qədərdirsə, bu zaman ona orta aylıq əməkhaqqının ən azı 1,7 misli miqdarında müavinət ödənilir. On ildən artıq əmək stajı olan işçilərə isə orta aylıq əməkhaqqının azı iki misli həcmində işdənçıxarma müavinəti nəzərdə tutulur”.
Sevinc İbrahimzadə
Tarix: 02 sentyabr 2025
Baxış: 31
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş