Redaktor seçimi
    Şahin Şıxlinskinin yerinə seçki keçirildi - Yeni rəhbərin adı bəlli oldu
Xəbər lenti
Reklam
Hibrid maşınların qiyməti bu tarixdən qalxa bilər

Son illərdə ekoloji təmiz avtomobillərə maraq artmaqdadır. Azərbaycanda da hibrid avtomobillər ölkədə sürətlə populyarlaşır. Vergi Məcəlləsinə əsasən, hibrid avtomobillərlə bağlı güzəştlər 2026-cı ilin 1 yanvarından qüvvədən düşəcək.
Son üç ildə tətbiq olunan bu güzəştlərin uzadılıb-uzadılmayacağı barədə Metbuat.az-a açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, həmin güzəştlərin uzadılıb-uzadılmaması növbəti aylarda bəlli olacaq:


“Cari ilin payız aylarında Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı layihə müzakirəyə çıxarılacaq. Mütəmadi olaraq Vergi Məcəlləsi müasir çağırışlara və xüsusən də biznesdən gələn təkliflərə uyğun olaraq dəyişdirilir və təkmilləşdirilir. Bu kontekstdə, sözügedən güzəştin uzadılıb-uzadılmaması payız aylarında bəlli olacaq. Təbii ki, biz güzəştin uzadılmasını təklif edirik. Amma əgər güzəşt uzadılmasa, bu, ölkəyə idxal edilən hibrid avtomobillərin xərcinə təsir göstərəcək”.
Vüqar Bayramov bildirib ki, hal-hazırda bazarda hibrid avtomobillərin vəziyyəti qarışıqdır: Asiyadan gətirilən modellərin satışında durğunluq müşahidə olunsa da, güzəşt müddəti uzadılmasa, avtomobillərin qiymətində artımlar ola bilər:
“Son monitorinqlər göstərir ki, son bir ayda, xüsusən də Asiyadan gətirilən hibrid avtomobillərin satışında durğunluq var və hətta onların qiymətlərində azalmalar müşahidə olunur. Amma əgər güzəşt müddəti uzadılmazsa, bu, ölkəyə idxal edilən avtomobillərin xərcinə və qiymətinə təsir göstərəcək. Ümumiyyətlə, xərc artımları praktik olaraq qiymətə təsirsiz ötüşmür. Xüsusən də Avropadan idxal edilən yeni hibrit avtomobillərin xərc və qiymətində artımlar müşahidə oluna bilər”.

Gülbəniz Hüseynli 

Tarix: 01 sentyabr 2025
Baxış: 24

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş