Redaktor seçimi
    Sabunçu rayonunda yüksək bal toplayanlar arasında yaşca ən kiçiyi: 16 yaşlı Murad - FOTO
Xəbər lenti
Reklam
"Barbi kuklası" cadu üçün yaradılıb - TAPINTI

Arxeoloqlar qədim Misirdən qalma maraqlı bir tapıntını üzə çıxarıblar. Bu, kətan parçadan hazırlanmış və insan saçları ilə bəzədilmiş qədim "Barbi kuklası"dır.
Gender.az xəbər verir ki, dünyanın ilk barbi kuklasının 1800-dən çox yaşı var.
Kuklada ən diqqətçəkən cəhət sırğalarıdır. Onun sırğaları həqiqi qızıldan, boyun və ayaq biləklərindəki aksesuarlar isə üzərinə qızıl çəkilmiş dəridəndir. Məhz bu xüsusiyyətlərinə görə kukla öz dövrünün ən dəbdəbəli nümunələrindən biri hesab olunur və ehtimal ki, varlı bir ailənin uşağına məxsus olub.
Mütəxəsssislərin sözlərinə görə, bu kukla daha çox cadu və ritual üçün istifadə olunub.
Qeyd edək ki, kukla Berlin Misir muzeyində saxlanılır. \\Lent.az


Tarix: 25 avqust 2025
Baxış: 26

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş