Redaktor seçimi
    Sabunçu rayonunda yüksək bal toplayanlar arasında yaşca ən kiçiyi: 16 yaşlı Murad - FOTO
Xəbər lenti
Reklam
Oskanyan: “Azərbaycanın qarşısını almaq mümkün olmayacaq”

“Azərbaycan öz məqsədlərinə nail olub və nə qədər ki, Paşinyan hakimiyyətdə qalacaq yenə də məqsədlərini həyata keçirəcək”.
Bunu keçmiş XİN başçısı Vartan Oskanyan deyib.
Onun sözlərinə görə, Paşinyanın 2020-ci il müharibəsindən əvvəl güzəştə getməyin Ermənistan üçün daha zərərli olacağı barədə iddiası tamamilə cəfəngiyyatdır. “Şübhə yoxdur ki, Paşinyan 2020-ci ilin sentyabrına qədər lazımi güzəştlərə getsəydi, bu gün minlərlə erməni gənci sağ olardı. Amma Qarabağ və Laçın ermənilərin olaraq qalacaqdı, sülh müqaviləsi imzalanacaq, sərhədlərimiz, kommunikasiyalarımız açıq olacaqdı”.
Oskanyan hesab edir ki, Paşinyan Ermənistanın ən böyük yükü və düşməninə çevrilib. “O, daim milli təhlükəsizliyə xələl gətirir və ölçüyəgəlməz ziyan vurur. Onun ziddiyyətli və absurd bəyanatları dəfələrlə Azərbaycanın mövqelərini gücləndirib, Ermənistan üçün fəlakətli nəticələrə gətirib çıxarıb”. \\Tribunainfo.az

Tarix: 25 avqust 2025
Baxış: 28

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş