Xəbər lenti
Reklam
Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 500 milyon dollara yaxınlaşır

Yanvar-iyul 2025-ci il ərzində Azərbaycan və Gürcüstan arasında qarşılıqlı ticarət dövriyyəsi 464 milyon 836,49 min ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28,4% artım deməkdir.
Bu məlumatı Dövlət Gömrük Komitəsi açıqlayıb.
Statistika göstərir ki, 2025-ci ilin ilk 7 ayında Azərbaycanın Gürcüstana ixracı 382 milyon 232,72 min dollar olub, bu da 24,6% artım deməkdir. İxracın ümumi payı 2,51% təşkil edib (2024-cü ilin yanvar-iyul dövründə 1,91%).
Eyni zamanda, Gürcüstandan idxal 49,5% artaraq 82 milyon 603,76 min dollara çatıb. İdxalın ümumi payı 0,61% olub (2024-cü ilin yanvar-iyul dövründə 0,51%). \\Ölkə.Az 

Tarix: 23 avqust 2025
Baxış: 29

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş