Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü
Vəzifə təyinatı ilə bağlı daha bir dələduzluq cinayətinin məhkəmə istintaqı başa çatıb.
Hadisə Bakı şəhərində baş verib.
İş materiallarından aydın olur ki, təqsirləndirilən şəxs vətəndaşlardan birini Quba rayonu Elşad Bayramov adına Alpan kənd tam orta məktəbinə direktor vəzifəsinə təyin etdirəcəyini vəd edərək, bunun müqabilində ondan 20 000 manat pul alıb. Lakin o, vədinə əməl etməyib.
Təqsirləndirilən şəxs bundan başqa 3 nəfərə qarşı da dələduzluq cinayəti törədib. Ona qarşı həmçinin oğurluq itihamı irəli sürülüb.
Cinayət işinə Səbail Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 4 il 6 ay 3 gün azadlıqdan məhrum edilib. \\Qaynarinfo
Tarix: 21 avqust 2025
Baxış: 22
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş