Redaktor seçimi
    Zəngəzur dəhlizinin açılmasında qərarlıyıq - AKP-dən mesaj
Xəbər lenti
Reklam
“Tağıyev” filminin davamını çəkməyə maliyyə tapılmadı - Rejissor açıqladı - VİDEO

"Tağıyev" filminin ikinci sezonu çəkilə bilər"
Gender.az
xəbər verir ki, bunu "Tağıyev" filminin rejissoru və ssenari müəlliflərindən biri olan Zaur Qasımlı "Gilavar" "YouTube" kanalında deyib.
O bildirib ki, "Tağıyev" filmi əslində 8 bölüm yazılıb.
“8 bölüm yazılan bu filmin yalnız 4 bölümü ekranlaşdırıldı. Maliyyə olacağı təqdirdə, digər 4 bölüm də çəkiləcək", - deyə Zaur Qasımlı vurğulayıb.
Onun sözlərinə görə, 3-cü bölümdə Tağıyevin həyatından çox maraqlı faktlar, o cümlədən baş qəhrəman Sona xanım, Tağıyevin oğlu ilə mübahisəsi və Qızlar Gimnaziyasının açılması kimi mövzular yer alacaq.
Qeyd edək ki, Bakı Media Mərkəzinin istehsalı olan bu filmin 2 bölümü "Tağıyev: Neft" və "Tağıyev: Çar" artıq kinoteatrlarda nümayiş etdirilib.



Tarix: 27 iyul 2025
Baxış: 24

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş