Zəngəzur dəhlizinin açılmasında qərarlıyıq - AKP-dən mesaj
Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində yaralanmış, mülklərini itirmiş, əsirlikdə və girovluqda olmuş zərərçəkmiş şəxslər məhkəmədə ifadə veriblər - FOTO
Onlar 700 bal topladılar - FOTOLAR
Türkiyə Zəngəzur dəhlizi ilə bağlı məsələyə... - Nazir
Bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılıb
Gürcüstan Azərbaycan səfirliyinə əlavə ərazi ayırdı
Rayonlardan Bakıya kütləvi köç su böhranına səbəb olub - Ekspert
Artıq bir həftədən çoxdur ki, Bakıda su qıtlığı müşahidə olunur – paytaxtın bir çox rayonlarında su gündüz və ya axşam-gecə saatlarında kəsilir, bəzi ərazilərə isə su müəyyən qrafiklə verilir və ya ümumiyyətlə bir neçə gün ərzində gəlmir.
Gender.Az xəbər verir ki, bu problem "Baku TV"də yayımlanan “Aktual gündəm” verilişində müzakirə olunub.
Veriliş zamanı “Hidroloq” MMC-nin əməkdaşı Cavid Hüseynov Bakıda su böhranının əsas səbəblərindən biri kimi rayon sakinlərinin kütləvi şəkildə Bakıya köçməsini göstərib.
“Bakıda mövcud vəziyyətə gətirib çıxaran əsas səbəb – yalançı urbanizasiyadır. Bu, inkişaf etməkdə olan və keçid dövrünü yaşayan ölkələrə xas olan sosial prosesdir. Bizdə də oxşar vəziyyət yaranıb. Rayonlardan paytaxta kütləvi miqrasiya nəticəsində mövcud su təchizatı infrastrukturu bu artımı qısa müddət ərzində qarşılaya bilmədi”, – deyə o qeyd edib.