Blok imtahanında 400 bal toplayan abituriyent bu klubun futbolçusu imiş
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi 13 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
Bakı şəhəri 64 nömrəli tam orta məktəbin məzunu Əbdülhəsən Məmmədov blok imtahanında maksimal nəticə göstərib – 400 bal toplayıb. Onun ümumi topladığı bal 696,7-dir.
Qeyd edək ki, Əbdülhəsən "Azərbaycan müəllimi"nə bildirib ki, yüksək bal toplamağının əsas səbəbi vaxtı düzgün bölməsi və çox çalışmasıdır:
“Məqsədim gələcəkdə kibertəhlükəsizlik sahəsində mütəxəssis olmaqdır. Bakı Ali Neft Məktəbinin “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə oxumaq istəyirəm. Yüksək bal toplamağımda mənə dəstək olan müəllim və valideynlərimə təşəkkür edirəm”.
Uğurlu məzun yalnız dərslərində deyil, idman sahəsində də fərqlənir. O, “Zirə” klubunda peşəkar futbolla məşğuldur və idmanda da bir sıra uğurlar əldə edib. \\Redaktor.Az
Tarix: 25 iyul 2025
Baxış: 32
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş