Türkiyədə avtomobillər üçün vergi dərəcələri artırılıb
Türkiyədə yerli və idxal olunan avtomobillərin vergilərində dəyişikliklər edilib.
Ölkənin maliyyə naziri Mehmet Şimşek avtomobil sektorunda Xüsusi İstehlak Vergisi (ÖTV) dərəcələrinin yenidən tənzimlənməsi ilə bağlı açıqlama verib.
Yerli minik avtomobillərinin vergi dərəcələri 5 və 10 faiz azaldılarkən, idxal olunan lüks avtomobillərin vergi dərəcələri 10 və 20 faiz artırılıb. Elektrikli avtomobillərdə isə ən aşağı vergi dərəcəsi 25 faiz müəyyən olunub. Həmçinin, şarj edilə bilən hibrid avtomobillərdə bu dərəcə 45%, digər hibrid avtomobillərdə 70% səviyyəsindədir.
Daxiliyanmalı mühərrikli avtomobillərdə vergi dərəcələri 70%-dən başlayaraq 220%-ə qədər yüksəlir. "Pick-Up" tipli avtomobillərin ÖTV dərəcəsi isə 4%-dən 50%-ə qaldırılıb.
Bu addımın atılmasında əsas məqsədinin cari kəsirin azaldılması olduğu qeyd olunur. \\Metbuat.Az
Tarix: 24 iyul 2025
Baxış: 25
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş