Xəbər lenti
Reklam
1996-cı ilin "ÇEK"ləri satılıb - FOTO

Bir vaxtlar "Azərbaycan Respublikası" tərəfindən özəlləşdirmə prosesində istifadə olunan və 1996-cı ilə aid tarixi "çek"lər kolleksiya məqsədilə satışa çıxarılıb və artıq satış prosesi başa çatıb.
"Gender.Az" "Valyuta.az"-a istinadla xəbər verir ki, bu nadir sənədlər öz tarixi əhəmiyyəti və unikal vizual görünüşü ilə kolleksiyaçılar üçün böyük maraq doğurub.
Hər biri ideal vəziyyətdə qorunub saxlanılan sənədlər, öz dövrünün iqtisadi gerçəkliklərini əks etdirən bir simvol kimi təqdim olunub.
Satış ilkin olaraq 5 manat qiymətlə başlayıb və yalnız 5 manatlıq artımlarla davam etdirilib. Bu isə həmin dövrün iqtisadi yanaşmalarına uyğun bir təqdimat prinsipi kimi dəyərləndirilib.
Tarixə marağı olan kolleksiyaçılar üçün bu satış nadir fürsət kimi yadda qalıb.


Maya Hüseynova

Tarix: 23 may 2025
Baxış: 33

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş