Xəbər lenti
Reklam
Qəzada həyatını itirən qazi imiş - FOTO

Ötən gün Bakı-Quba yolunun Sumqayıtdan keçən hissəsində baş vermiş ağır qəzada həyatını itirən şəxs Vətən müharibəsi iştirakçısı olub.
"Gender"-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, “Mercedes ML” markalı avtomobilin hərəkətdə olmayan “MAN” markalı yük maşınına çırpılması nəticəsində 1986-cı il təvəllüdlü Rzayev Ruslan İsmayıl oğlu hadisə yerində aldığı xəsarətlərdən keçinib.
R.Ruslan Vətən müharibəsində iştirakına görə bir sıra medallarla təltif olunmuşdu.
Qeyd edək ki, qəza zamanı dah iki nəfər - Ramazan Həsənov və Samiq Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Tarix: 21 may 2025
Baxış: 32

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş