Sabahdan şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılacaq
Sabahdan IV və VI siniflər üzrə şagird yerdəyişməsi müvəqqəti dayandırılır.
Bu barədə “Cebheinfo.az” Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat verib.
Bildirilib ki, Dövlət Agentliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə mayın 17-də IV, 18-də isə VI sinif şagirdləri üçün ölkə üzrə monitorinqlər keçiriləcək.
Monitorinqə hazırlıq prosesinin şəffaf və fasiləsiz təşkili məqsədilə mayın 8-də saat 17:00-dan etibarən IV və VI siniflər üzrə şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılacaq.
Qeyd edək ki, monitorinq prosesi başa çatdıqdan sonra qeyd edilən siniflər üzrə şagird yerdəyişməsi yenidən aktiv ediləcək.
Tarix: 07 may 2025
Baxış: 30
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş