Qadın həkim səhvinə görə başqasının uşağını doğdu
Avstraliyada bir qadın həkim səhvinə görə başqasının uşağını dünyaya gətirib. Klinika günahını etiraf edib və zərərçəkmişlərdən üzr istəyib.
Avstraliyada Monash IVF mərkəzində bir qadına səhvən başqa bir müştərinin embrionu implantasiya edilib.
Səhv fevral ayında bir qadının qalan dondurulmuş embrionlarının başqa saxlama anbarına köçürülməsini istəməsindən sonra ortaya çıxıb.
Monash IVF icraçı direktoru Michael Knaap, mərkəzin təsirlənən iki ailəyə dəstək verdiyini söylədi və səhvə görə onlardan üzr istəyib.
O, həmçinin iddia edir ki, bu, təcrid olunmuş haldır və klinika müstəqil araşdırma təşkil edib.
ABŞ-da qadın həkimlərin səhvi ucbatından başqasının uşağını dünyaya gətirmişdi. \\Medicina.az
Tarix: 19 aprel 2025
Baxış: 46
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş