Xəbər lenti
Reklam
Vatsapdan yenilik

Vatsap “Android” sistemində Beta versiyasının istifadəçiləri üçün əlçatan olan mesajların tərcüməsi funksiyasını işə salıb.
Bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Belə ki, proqramın 2.25.12.25 versiyasını quraşdıran vatsap testçiləri mesajları tərcümə etmək üçün dil paketlərini endirə biliblər.
Dəstəklənən dillərə rus, ispan, ərəb, portuqal və hind dilləri daxildir. Bundan əlavə, istifadəçilərin avtomatik dilin aşkarlanması üçün xüsusi dil paketinə giriş imkanı var ki, bu da bir neçə dilin eyni vaxtda mövcud ola biləcəyi qrup söhbətlərində xüsusilə faydalıdır.
Qeyd olunur ki, bütün əməliyyatlar cihazda lokal olaraq həyata keçirilir - məlumatlar üçüncü tərəf serverlərinə və ya Meta şirkətlərinə ötürülmür.
Tərcümə funksiyası şəxsi söhbətlərdə, qruplarda və kanallarda mövcuddur. Bununla belə, bu funksiya standart olaraq qeyri-aktivdir. Yaxın gələcəkdə dəstəklənən dillərin siyahısı genişləndiriləcək və əlavə dil paketləri təqdim ediləcək. Funksiyanın messencerin stabil quruluşlarında nə vaxt işləyəcəyi açıqlanmır.\\Qafqazinfo

Tarix: 18 aprel 2025
Baxış: 47

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş