Xəbər lenti
Reklam
Həccə getmək istəyənlərin nəzərinə: Müddət uzadıldı!

Həcc ziyarəti üçün sənəd qəbulunun müddəti uzadılıb.
Gender.az xəbər verir ki, bu barədə Oxu.az-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi rəhbəri Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, hazırda həcc ziyarəti üçün sənəd qəbulu davam edir:
"Həcc ziyarətinə getmək istəyən vətəndaşların qeydiyyatı davam edir. Sənəd qəbulunun müddəti daha yarım ay uzadılıb".
Qeyd edək ki, Azərbaycanlı zəvvarların həcc ziyarətinə mayın sonlarında yola düşəcəyi gözlənilir. QMİ-nin məlumatına görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Tarix: 31 mart 2025
Baxış: 51

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş