Redaktor seçimi
    AZAL-ın bələdçisi Kadırovun mükafatından İMTİNA ETDİ
Xəbər lenti
Reklam
Ramazanda ən az və ən çox saat oruc tutan ölkələr - SİYAHI

Günəşin doğması ilə batması arasındakı müddət ölkədən-ölkəyə dəyişdiyindən Ramazan ayında oruc tutma müddəti də fərqlidir.
Dünyada ən uzun və ən qısa oruc tutulan ölkələrin siyahısını təqdim edirik:
Ramazan ayının ilk günü Çilinin Punta Arenas bölgəsində 15 saat 51 dəqiqə, Yeni Zelandiyanın Dunedin şəhərində 15 saat 7 dəqiqə, paytaxt Vellinqtonda 14 saat 47 dəqiqə,  Avstraliyanın paytaxtı Kanberrada 14 saat 27 dəqiqə olacaq.
Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində oruc 14 saat 3 dəqiqə, Azərbaycan,Türkiyə, Danimarka, Finlandiya, Norveç, İsveç, Qrenlandiya, Almaniya, Bolqarıstan, İspaniya, İtaliya, İslandiya, ABŞ, İran, Əfqanıstan, Pakistan, Misir, Livan və s. ölkələrin bir çox şəhərlərində 13 saata yaxın oruc tutulacaq.
Oruc tutulan zaman hər gün bir az da artacaq. Ayın sonu ilə əvvəli arasında oruc tutulan müddət artaraq Azərbaycanda 14 saat 17 dəqiqəyə bərabər olacaq.
Ramazanın ilk günü ilə sonuncu gün arasındakı fərq Rusiyada 12 saat 52 dəqiqədən artaraq 15 saat 11 dəqiqəyə, Qrenlandiyada isə 12 saat 56 dəqiqədən 15 saat 52 dəqiqəyə çatacaq.


@ Ölkə.Az 

Tarix: 01 mart 2025
Baxış: 29

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş