Xəbər lenti
Reklam
​“Instagram”da böyük yenilik - Mesajlar belə göndəriləcək

“Instagram” birbaşa mesajlaşma (DM) funksiyasında yeniliklər edib.
DM-lərə tərcümə aləti və planlaşdırılmış mesaj funksiyası əlavə edilib. İstifadəçilər mesajın üzərinə sıxıb saxlayaraq "Tərcümə et" seçimini seçdikdə, “Instagram” mesajı proqramda müəyyən edilmiş üstünlüklərə uyğun olaraq avtomatik tərcümə edəcək. Bundan əlavə, əvvəllər təqdim edilmiş planlaşdırılmış mesaj funksiyası da yenilənmiş DM-lərə əlavə edilib. Bu funksiya ilə istifadəçilər mesajlarının müəyyən bir vaxtda göndərilməsini planlaşdıra bilərlər. “Instagram” DM-lərinə gətirilən daha bir yenilik musiqi paylaşımı ilə bağlıdır.
İstifadəçilər artıq söhbətdə “Stiker” seçiminə klikləyərək və “Musiqi” ikonasını seçməklə “Instagram”ın audio kitabxanasından mahnıları birbaşa mesaj kimi paylaşa bilərlər. \\Metbuat.Az

Tarix: 21 fevral 2025
Baxış: 23

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş