Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edildi
Yolun buz bağlaması səbəbindən Bakı Beynəlxalq Avtovağzalın qarşısından Bakı Dariəvi avtomobil yolu-Lökbatan dairəsi istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.
Gender.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Sürücülərdən sürət həddini hava şəraitinə uyğun tənzim etmələri, ötmə əməliyyatından və qəfil manevrlərdən çəkinmələri xahiş olunur.
Təcrübəsi az olan sürücülər buz bağlayan yollarda avtomobil idarə etmələri tövsiyə edilmir”, - məlumatda deyilib.
Qeyd edilib ki, hava şəraiti ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparır.
Tarix: 20 fevral 2025
Baxış: 23
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş