Xəbər lenti
Reklam
Yeni il süfrəsi neçəyə başa gələcək? - AÇIQLAMA

Yeni il ərəfəsində insanları maraqlandıran əsas məsələ bazarlardakı qiymətlərdir. Hər il bayramqabağı ərzaq məhsullarının qiymətlərində müəyyən qədər artım müşahidə olunur. 
Bəs bu il Yeni il süfrəsi bir ailə üçün neçəyə başa gələcək?
Bu barədə iqtisadçı Xalid Kərimli Redaktor.Az-a bildirdi ki, oktyabrın sonuna olan məlumata görə, ölkədə istehlak qiymətləri indeksi son 12 ayda 3,4 faiz bahalaşıb, ancaq bu istehlak qiymətlərinin içərisinə daxil olan məhsul növləri üzrə bu artım müxtəlif olub:
"Xüsusən Yeni il mərasimlərində süfrəyə düzülən bir sıra məhsullar var ki, onların qiyməti bir qədər artıb. Ət və ət məhsulları son 12 ayda 4,4 faiz yüksəlib. Meyvələr son 12 ayda 9 faizə qədər bahalaşıb. Kərə yağında 3 faizə qədər bahalaşma müşahidə olunub. Mineral sularda, sərinləşdirici içkilərdə 4,7 faizlik artım müşahidə olunub. Araq, konyak kimi içkilərdə isə 4,4 faiz qiymət bahalaşması qeydə alınıb".

Subsidiya hesabına ayaqda qalan sahələr ləğv edilməlidir” – Xalid Kərimli

Ekspertin sözlərinə görə, 2022-ci ilə nisbətən 2023-cü ildə qiymət artımı daha sürətli idi:
"Lakin ötən illə müqayisədə yüksəlmiş qiymətlərin üzərinə, təqribən qeyd olunan ərzaq məhsulları üst-üstə 5 faizdən çox bahalaşıb. Bu o deməkdir ki, eyni süfrəni vətəndaş əvvəlki ildəki kimi qurmağa çalışsa, təqribən 100 manatlıq süfrə artıq ona 105-106 manata başa gələcək. Təbii ki, vətəndaşlar öz büdcələrinə uyğun süfrələr qururlar. Vətəndaş ola bilər ki, Yeni il süfrəsi onun üçün 1000 manata başa gələ bilər. Vətəndaş da ola bilər ki, daha ucuz büdcə ilə Yeni ili yola verə bilər. Amma istənilən halda Yeni ildə istifadə olunan məhsullarda 5-6 faizlik qiymət artımı var. Yəni vətəndaş eyni məhsulları süfrəsinə düzmək üçün 5-6 faiz daha çox pul xərcləməlidir".

Sevinc İBRAHİMZADƏ

Tarix: 10 dekabr 2024
Baxış: 22

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş