Redaktor seçimi
    Qarabağa bir erməni qayıtsa... - Millət vəkili
Xəbər lenti
Reklam
Üç rayonun Təhsil Şöbəsinə yeni müdirlər TƏYİN OLUNDU - RƏSMİ

Təhsil Nazirliyinə və rayon Təhsil Şöbələrinə yeni şöbə və sektor müdirləri təyin olunub.
Gender.Az xəbər verir ki, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində vakant vəzifələrin tutulması üçün keçirilən daxili müsahibədə uğur qazanan namizədlər Təhsil Nazirliyinə və rayon Təhsil Şöbələrinə yeni vəzifələrə təyin olunublar.
Belə ki, Elşən Tofiq oğlu Qəbulov Təhsil Nazirliyi Aparatının Məktəbəqədər və ümumitəhsilin idarə edilməsi şöbəsinə şöbə müdiri, Gültəkin Əli qızı Rüstəmli həmin şöbəyə sektor müdiri, Sahil Əkbər oğlu Əlizadə Babək rayon Təhsil Şöbəsinə, Murad Rövşən oğlu Hümbətov Culfa rayon Təhsil Şöbəsinə, Ayaz İdris oğlu Əliyev isə Kəngərli rayon Təhsil Şöbəsinə müdir təyin olunublar.
Qeyd edək ki, Elşən Qəbulov bundan əvvəl Kəngərli rayon Təhsil Şöbəsinin müdiri, Gültəkin Rüstəmli Təhsil Naziriliyi Aparatının Məktəbəqədər və ümumitəhsil sektorunda aparıcı məsləhətçi, Sahil Əlizadə Nazirlik Aparatının Uşaq və gənclərin inkişafı sektorunun baş məsləhətçisi, Ayaz Əliyev həmin sektorda aparıcı məsləhətçi, Murad Hümbətov isə Culfa rayon Təhsil Şöbəsində baş məsləhətçi vəzifələrində çalışıblar.  
Tarix: 03 dekabr 2024
Baxış: 27

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş