Xəbər lenti
Reklam
Özəl bağçalarda bu uşaqlara imtiyazlar veriləcək

“Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi” çərçivəsində güzəştli kateqoriyaya aid şəxslərin övladları üçün xüsusi imtiyazlar mövcuddur.
Gender.az xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Elm və Təhsil Nazirliyinin Satınalmalar və qrantlar sektorunun müdiri Vüsalə Əliyeva deyib.
O bildirib ki, imtiyazlar uşaqların özəl məktəbəqədər təhsil müəssisələrinə yerləşdirilməsi prosesində xüsusi olaraq nəzərə alınır. 
“İlk növbədə şəhid ailələrinin, Qarabağ müharibəsi və Vətən müharibəsi iştirakçılarının, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, tək işləyən valideynlərin, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərin, hərbi xidmətdə olan valideynlərin, ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani təhsil alan anaların, çoxuşaqlı ailələrin (6 və daha çox uşaq) övladları və qəyyumluqda olan uşaqlar bağçaların boş yerlərinə yerləşdirilir. Bu yanaşma sosial ədaləti təmin etmək baxımından son dərəcə önəmlidir”.

Tarix: 02 noyabr 2024
Baxış: 41

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş