Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
"Yəhudilikdə də, xristianlıqda da haramdır..." — Ekspert faiz pullardan danışdı

"Keşbek və ƏDV-də (əlavə dəyər vergisi) faiz yoxdur. Keşbek və ƏDV şəxsin öz puludur və öz pulu özünə qayıdır. Mağazadan məhsul aldım, pulunu ödədim, həmin pulun da bir hissəsi özümə qayıtdı – bunun harası haramdır? Sələm nədir – hansısa pulun üzərinə faiz gəlməsi, yəni mən əlavə gəlir əldə edirəm. Bu, nəinki, İslamda, yəhudilikdə də, xristianlıqda da haramdır”. 

Gender.Az bildirir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında bank sektoru üzrə ekspert Əkrəm Həsənov deyib. Ə.Həsənov ilahiyyatçı Qamət Süleymanovun müzakirələrə səbəb olan keşbek və ƏDV ilə bağlı açıqlamasına da münasibət bildirib:  



“İlahiyyatçı Qamət Süleymanov öz açıqlamasında bankda olan pulun üzərinə faiz gəlməsindən danışır, bu məsələləri fərqləndirir. Bəli, bu artıq sələm deməkdir. Yəhudilikdə qeyd olunur ki, bir yəhudi digər yəhudiyə borcu sələmlə verməməlidir, amma digərlərinə verə bilər. Yeri gəlmişkən, xristianlar orta əsrlərdə elə buna görə yəhudiləri sevmirdilər. Yəhudilər pulu faizlə verirdilər ki, insanları əsarətdə saxlasınlar. Xristianlıqda da İslamda olduğu kimi pulu faizlə vermək qadağandır. Buna görə də orta əsrlərdə xristian ölkələrində ancaq yəhudilər pulu faizlə verirdilər. Xristianlar da bu pulu götürürdülər, deyirdilər ki, guya vermək haramdır, götürmək deyil. 

İslamda isə faizlə pul vermək də, almaq da haramdır. Kim özünü müsəlman sayırsa, bu qaydaya əməl edir. Quranda da bu var. Hətta bəzi qeyri-dini mütəfəkkirlər də bunu düzgün hesab etmirdilər. Məsələn, hələ eramızdan əvvəl qədim yunan mütəfəkkiri Aristotel  deyirdi ki, faizdən gəlir əldə etmək mənəviyyatsızlıqdır. Yəni təkcə dini deyil, mənəvi baxımdan da faizlə pul qazanmaq bir çox mədəniyyətlərdə düzgün qəbul olunmur. İnsan heç nə eləmir, amma pul qazanır oturduğu yerdə”.

Qeyd edək ki, ilahiyyatçı Qamət Süleymanov əlavə dəyər vergisi (ƏDV) və keşbekdən gələn faizlərin haram olduğunu bildirib. Onun bu fikirləri müzakirələrə səbəb olub. 

Törə Zeynallı

Tarix: 01 noyabr 2024
Baxış: 47

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş