Xəbər lenti
Reklam
Paşinyan: Başqasının dəyərini mənimsəmək ləyaqətsizlikdir

"Biz kimisə şampan şərabının bizim tərəfimizdən yaradıldığına inandırmaq istiqamətində çalışmamalıyıq. Şampan içkisi Fransanın Şampan bölgəsində üzümdən hazırlanmış köpüklü şərabdır. Bu eyni ilə konyaka da aiddir. Bu, Konyak bölgəsindən alınan üzümdən hazırlanan brendə aiddir. İndi konyak Fransa üçün qeyri-maddi dəyərdir".
Gender.Az Ölkə.Az-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
Paşinyan ölkədə bu içkini istehsal edərkən “konyak” adından imtina etməyə çağırıb. 
O hesab edir ki, “başqasının qeyri-maddi dəyərini mənimsəmək ləyaqətsizlikdir”, çünki konyak Fransada istehsal olunur. "Konyak" adı ətrafında nəsə düşünməliyik. Biz konyakın Ermənistanda istehsal olunduğunu əsaslandırıb sübut edə bilməyəcəyik. Bununla bağlı açıqlamalar o demək olardı ki, biz iqtisadiyyatımızı çıxılmaz vəziyyətə salırıq. Son yüz ildə, bəli, etiketlərdə konyak yazılıb, insanlarda emosional əlaqə yaranıb. Bu o demək deyil ki, biz bu istiqamətdə irəliləməkdə davam etməliyik və "konyak yaratmışıq" deməliyik”, - Paşinyan izah edib.

Mürtəza

Tarix: 31 oktyabr 2024
Baxış: 66

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş