Xəbər lenti
Reklam
Paltaryuyanı belə quraşdırmayın partlaya bilər - AÇIQLAMA

Müasir evlərdə paltaryuyan maşınların istifadəsi gündəlik həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Eyni zamanda, qaz plitələri də mətbəxin əsas elementlərindən biridir. Ancaq bu iki cihazın yerləşdirilməsi zamanı təhlükəsizlik məsələlərini unutmamaq son dərəcə önəmlidir. Paltaryuyan maşın qaz plitəsinin altında olarsa, bir sıra təhlükəsizlik riskləri yarana bilər.
Bəs paltaryuyan maşın düzgün quraşdırılmadıqda hansı təhlükələr ola bilər?
Gender.az xəbər verir ki, mövzu ilə bağlı Milli.Az-a təhlükəsizlik məsələləri ilə bağlı ekspert Elmar Nurəliyev açıqlama verib.
O bildirib ki, paltaryuyan maşın yerinə kifayət qədər möhkəm oturmadıqda, dayanıqlığı olmur və yüksək titrəyişdən yerindən tərpənə bilər. Bu tərpənmə nəticəsində qaz plitəsinin həmin hissəsindəki qaz bağlayıcı birləşmələri, plaka və ya boruları zədələmə ehtimalı yarana bilər.
"Ancaq bu, o demək deyil ki, paltaryuyan maşın qaz plitəsinin altında olduqda burada hər hansı təhlükə yaranacaq. Təhlükəsizlik baxımından, əgər maşın qaz plitəsinin altında olursa, möhkəm bərkidilməsi daha yaxşıdır.
Əgər möhkəm dayanıqlıq olmazsa, titrəyişlər nəticəsində yarım metr belə qabaya çıxa bilər. Belə bir halda, nəinki qaz borusu, orada olan qurğuların mebelini zədələmək ehtimalı da var. Bu səbəbdən paltaryuyan maşının düzgün bərkidilməsi və dayanıqlı olması vacibdir. Bu cür tədbirlər evdəki təhlükəsizliyi artıracaq və cihazların daha uzun müddət problemsiz işləməsinə kömək edəcək".
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə paltaryuyan maşının üstünə qaz plitəsi qoyan vətəndaşın evində partlayış olmuşdu.

Tarix: 31 oktyabr 2024
Baxış: 56

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş