Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Emin Ağalarovun ev hədiyyə etdiyi qazi: "O qədər soyuq idi ki..."

"İnstagram”dan zəng gələndə yoldaşım telefonu mənə uzatdı ki, Emin Ağalarovdan zəng gəlir”.
Gender.az
xəbər verir ki, bu sözləri Xalq artisti, biznesmen Emin Ağalarov tərəfindən təşkil edilən lotereya kampaniyasında qalib gələn Qarabağ müharibəsi qazisi Rauf Qasımov deyib.
Nail Kəmərlinin “Youtube” kanalına müsahibəsi zamanı qazi həyat hekayəsini bölüşüb:
“Mən Rauf Qasımov Teymur oğlu, Ağdam rayonunun Mərzili kəndindənəm. Gizirlik alandan sonra könüllü şəkildə Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlı kəşfiyyat bölməsinə yazıldım. Kurs keçdik, çox çətinliklərə qatlaşdıq. Amma bütün bunlara rəğmən sonuna qədər gedib istəyimə nail oldum. Kursu tam başa vurandan sonra bizim ən ağır günlərimiz başladı. Təlimlərə qatılanda aylarla atam-anam mənim üzümü görmürdü. Təlimlər zamanı meşədə yaşayırdıq. Özümüz də bilmirdik ki, harada xidmət edirik, bizi hara aparırlar. Ancaq hiss edirdik ki, bu ağır təlimlərin sonunda bir döyüş yaxınlaşır. Çox keçmədi ki, Tovuz hadisələrindən sonra 27 sentyabrda döyüşlər başladı. Bütün cəbhə boyu tapşırıq verildi. Bizim başladığımız istiqamət Ömər aşırımı tərəfdə idi. O qədər soyuq var idi ki, gecələr insanlar çölə çıxa bilməzdi. Biz isə ancaq qayanın üzərində idik. Səhərə qədər ayaq üstə qalırdıq, yatmaq söhbəti olmurdu. Yeməyi belə güclə tapırdıq. Əlimiz donduğu üçün silahı hazır vəziyyətə gətirmək çox çətinləşirdi. Bir gün o ərazidən çıxmalı olduq. Bizə tapşırıldı ki, cibimizdə yeməli nə varsa boşaldıb yerinə güllə, silah-sursat dolduraq. Komandirimiz tapşırdı ki, orada bizi yemək yox, güllə xilas edəcək. Taborun içində təkcə mən balaca “snickers” götürüb cibimə qoydu. Getdiyimiz yerdə döyüşün sonunda həmin şokalad 12 nəfəri aclıqdan qurtardı”.
Qazi qazandıqları evə köçəcəkləri tarixi də açıqlayıb:
“Allah arzusunda olanlara, ürəkdən istəyənlərə qismət eləsin. O sevinc bizim həyatımızın ən böyük arzusu idi. Gənc ailənin ən böyük arzusu ev olur. Təbii ki, qarşıdakı illərdə dövlət tərəfindən ev ilə təmin olunacaqdıq. Amma “Sea Breeze” şəhərciyindən bu evi qazanmağımız çox böyük sevinc oldu. Allah Emin Ağalarova da kömək olsun ki, belə gözəl bir yarışma keçirir, gözəl şəhərcik tikir. Biz gedib oraları gördük. Həqiqətən çox möhtəşəmdir. Oraya xəyalların dünyası demək olar. Dekabrın 1-dən binalar təhvil veriləcək. Biz də planlaşdırıb yaxın müddətdə köçəcəyik. Bir gözümdə protez var və görmür, digəri isə 30 faiz görür. Biz demək olar ki, həyata tutunub yaşayırıq, yaşayacağıq da”. (yenisabah)
Tarix: 30 oktyabr 2024
Baxış: 51

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş