Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
Maşın almaq istəyənlərə ŞAD XƏBƏR

Azərbaycana gətirilən hibrid mühərrikli avtomobillər və elektromobillər ucuzlaşıb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin sentyabrında ölkəyə idxal edilən bir ədəd hibrid avtomobilin orta qiyməti 25 099 dollar olub. Bu da avqust ayı ilə müqayisədə 2 581 dollar və ya 9,3 faiz, 2023-cü ilin sentyabrına nisbətən isə 6 845 dollar və ya 21,4 faiz ucuzlaşma deməkdir.
2024-cü ilin sentyabrında elektromobillərin orta idxal qiyməti 36 999 dollar təşkil edib ki, bu da bir ay əvvəllə müqayisədə 1 796 dollar və ya 4,6 faiz, 2023-cü ilin eyni ayına nisbətən isə 290 dollar və ya 1 faizə yaxın azdır.
Avtomobil satan Eldar Əliyev sözügedən ucuzlaşmanı ölkəyə gətirilən nəqliyyat vasitələrinin çoxluğu ilə əlaqələndirib.
Gender.Az oxu.az-a istinadən xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov isə deyir ki, hibrid mühərrikli avtomobillər və elektromobillərin orta idxal qiymətinin azalması ölkəyə ucuz avtomobillərin gətirilməsi ilə bağlıdır:
"İdxal olunan avtomobillərin qiymətində kəskin ucuzlaşma yoxdur. Burada seqment dəyişikliyi var. Yəni əvvəllər ölkəyə dəyəri yüksək olan avtomobillər gətirilirdisə, hazırda həmin seqmentdən olan ucuz avtomobillər gətirilir. Məsələn, əvvəllər 30 000 dollara elektromobil gətirilirdisə, indi isə bu 25 000 dollara başa gəlir", - ekspert deyib.
Qeyd edək ki, son illərdə hibrid mühərrikli avtomobillərin və elektromobillərin idxalına və satışına vergi güzəştlərinin tətbiq edilməsi onlara marağı artırıb.

Tarix: 26 oktyabr 2024
Baxış: 42

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş