Xəbər lenti
Reklam
Taliban qadınlara təhsil almaq hüququ verə bilər - Şərtlər hazırlanır

"Taliban" radikal islamçı qruplaşması qadınların təhsil almasına etiraz etmir, lakin islami prinsiplərə əsaslanmalıdır. 
Gender.Az xəbər verir ki, bu barədə hərəkatın Qətərdəki siyasi bürosunun rəhbəri Süheyl Şahin "RİA Novosti"yə bildirib.
Onun sözlərinə görə, hazırda xüsusi komissiya bu məsələni öyrənir: "Biz onun işinin nəticəsini gözləyirik".
2022-ci ilin dekabrında Əfqanıstanda qadınların ali təhsil almasını qadağan edən qanun qəbul edilib. Belə ki, qız tələbələrin özəl və dövlət universitetlərinə qəbuluna icazə verilməyib.
Oktyabrın 23-də BRICS-ə üzv ölkələr birgə bəyanat hazırlayıb və orada Əfqanıstanda hakimiyyətdə olan Talibanı əfqan qadınlarının orta və ali təhsil almasına qoyulan qadağanı ləğv etməyə çağırıblar. Assosiasiya üzvləri həmçinin "Əfqan xalqına təcili və maneəsiz humanitar yardımın göstərilməsinin və bütün əfqanların fundamental hüquqlarına hörmətin təmin edilməsinin zəruriliyini" vurğulayıblar.
Bundan əvvəl Avropa İttifaqının Ədalət Məhkəməsi qərara alıb ki, şəxsin Əfqanıstan vətəndaşı olan qadın olması ona inteqrasiya birliyinin ərazisində siyasi sığınacaq almaq hüququ verir. 
Aİ məhkəməsinin qərarı iki əfqan qadının 2015 və 2020-ci illərdə Avstriyada sığınacaq verilməməsi ilə bağlı şikayətindən sonra verilib. Qadınlar əvvəlcə Avstriyanın Ali İnzibati Məhkəməsinə şikayət edib, sonra məhkəmə məsələni Aİ-nin ali məhkəmə orqanı olan Aİ Ədalət Məhkəməsinə göndərib.
Taliban 2021-ci il avqustun 15-də Əfqanıstan üzərində tam nəzarətin qurulduğunu elan edib. Hərəkat ölkənin bütün böyük şəhərlərini və sərhəd keçid məntəqələrini ələ keçirib. Ardınca yaraqlılar ölkədə tam qələbə qazandıqlarını elan edərək yeni hökumət qurublar.
25 iyun 2023-cü ildə Taliban Əfqanıstan qadınlarına "azad insanlar” statusunu qaytardıqlarını və onları şəriət qanunlarını pozmaqdan azad etdiklərini açıqlaylb. 28 avqust 2024-cü ildə Əfqanıstanda qadınlara ictimai yerlərdə yüksək səslə danışmaq qadağan edilib.\\Qaynarinfo

Tarix: 26 oktyabr 2024
Baxış: 44

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş