Xəbər lenti
Reklam
"Astoria" hotelindəki yanğının sirri bu düsturla açılır – ELMİ-LƏDUN

“And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. Quran, 19:84
Xəbər verildiyi kimi, bu gün Bakıda "Astoria" hotelinin həyətində  olan sauna binasında yanğın baş verdi. Yanğının Allahdan bir xəbərdarlıq olmasını və xüsusi qanunauyğunluğa tabe olmasını sübut edən hesablamaları təqdim edirik:
1) Bu gün 20 aprel 2023-cü il tarixli astronomik xəbərdarlığın (Günəş tutulmasının) 555-ci günüdür ki, bu da Quranda tövbə və cəza rəmzi sayılır (tövbə etməyənlərin cəzalanacağını bildirir). 
2) Yadınıza salaq ki, 2021-ci ilin 13 oktyabrında (ilin 286-cı günü) 171 nömrəli marşrut avtobusunun yük maşını ilə toqquşması nəticəsində beş nəfər ölmüş, 21 nəfər yaralanmışdı. Bu gün həmin qəzanın 1110-cu günüdür ki, bundan da tövbə rəmzini çıxsaq, yenə də cəza rəmzi qalır və hadisənin Allahdan mesaj olması barədə söyləiyimiz fikri bir daha təsdiq edir:
1110 – 555 = 555 
3) Bu gün həmçinin, Şirvanda hərbi zavod partlamasının (28.09.2018) 2.220-ci günüdür ki, bundan tövbə rəmzini üç dəfə çıxsaq (tövbə sözü üç dəfə deyilir), yenə də cəza rəmzi alınır:
2220 – (555+555+555) = 555 
NƏTİCƏ: bu gün saunada baş verən yanğının 555 ədədinə təkrar-təkrar bağlanması onu göstərir ki, yolun azmış, pozğunluqda Lut qövmünü belə geridə qoyan xalqımızın çox hissəsi və onun zülm eməyi sevən rəhbərləri tezliklə tövbə edib, haqqa təslim olmasalar tezliklə ağır cəzalar alacaqlar və tövbə etməyə heç imkanları da olmayacaqdır (gərək həmin bəla gəlməmiş tövbə etsinlər).
Bəlanın gələcəyi günü dəqiq bilməsək də onun çox yaxında olduğunu hiss edirik. Həmin bəladan sonra şeytani dövr bitib, kamillik dövrü başlayacaqdır. Hamılıqla tövbə edək ki, kamillik dövründə yaşaya bilək. 


Xəbərdarlığı şərh etdi:
Dr. Paşa Yaqub – elmi-lədun bilicisi


Tarix: 26 oktyabr 2024
Baxış: 44

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş