Xəbər lenti
Reklam
Özünə gizli toy eləyən, içkiyə qurşanıb ailəsini atan reper - Bilmədiyiniz FAKTLAR

Gendet.Az Kulis.az-a istinadən mərhum repçi Anar Nağılbaz haqqında maraqlı faktları təqdim edir.
Anar Nağılbaz 1974-ci il martın 28-də Bakıda keçmiş millət vəkili Rizvan Cəbiyevin ailəsində dünyaya gəlib.
***
Atası onu jurnalist kimi görmək istəsə də, o, ürəyinin istəyini dinləyib Mədəniyyət və İncəsənət Univeristetinin televiziya rejissorluğu fakültəsinə qəbul olur.
***
1988- ci ildə hip-hopa maraq göstərən Anar Nağılbaz reper kariyerasına 1990-cı ildə başlayıb. İlk dəfə Kırımda Artek düşərgəsində rep deyib. Beləliklə Azərbaycanın ilk repçisi kimi tarixə düşüb.
1990-cı ildə ilk dəfə Horadizdə "Beynəlxalq gənc mətbuatçılar festivalı"nda "Bivəfa" rep mahnısını ifa edən Anar həmin il Yaltada keçirilən beynəlxalq festivalın qalibi olub.
***
Çılğın gənclik həyatı yaşayan Anar bir müddət ədəbi yaradıcılıqla da məşğul olub. Yaradıcılığa ilk dəfə nağıllarla başlayan reper bu səbəblə özünə Nağılbaz təxəllüsünü götürüb. Özü bu təxəllüsü götürməsini belə izah edirdi: "Hər kəsə aşılamaq istəyirdim ki, hər bir kəs öz həyatının nağılının bazı olmalıdır. Həm də bir nağılçı kimi məişətdə, cəmiyyətdəki nağıllarımızı rep diliylə, şeir diliylə yaradırdım."
***
90- cı illərdə "Kirpi" jurnalında, "Naxçıvan" qəzettində müxbir kimi fəaliyyət göstərən Anar Nağılbazın bir sıra universitet və mdəniyyət saraylarında tamaşaları səhnəyə qoyulub. Yazdığı "Meşə nağılı" tamaşasında Mixail Qorbaçovu donuz, Azərbaycanı isə qurd obrazı kimi canlandırıb.
***
Konsertlərdən qazandığı gəlirlə "Bakı oğrusu" filmini çəkib. Bu onun Azərbaycan Dövlət və Mədəniyyət Universitetində televiziya rejissoru kimi onun diplom işi olub.
***
Şəxsi həyatı xeyli qarışıq münasibətlərə yadda qalan reper ilk dəfə 2000-ci ildə bir milyarderin qızı ilə nişanlanıb. Amma bu münasibət uzun müddət davam etməyib. Hər iki tərəfin razılığı ilə nişan pozulub.
İlk oxu daşa dəyən reper bir müddət sonra Anjelika adlı xanımla eşq yaşayır. Evlilik məqamına gəldikdə qızın ailəsi bu izdivaca razı olmur. Anjelikanın ailə üzvləri toy məcilisində iştirak etmir. Cütlük qarşıda dayanan maneələrə baxmayaraq ailə qurmağa nail olsa da, bu ailəni ayaqda saxlamağı bacarmır. Anarın içkiyə qurşanması ailəni uçuruma aparır. Anjelika iki övladını götürüb Anarı tərk edir.
***
2015- ci ildə Azərbaycanı tərk edib Çexiyada mühacir həyatı yaşayıb.
***
2018-ci ildə vətənə qayıdan reper internetdə tanış olduğu Aytən adlı xanımla tanış olur. Xarici ölkədə işləyən xanım işdən icazə alaraq Bakıya Anarın ailəsi ilə tanış olmaq üçün gəlir. Mediadan gizlin ailə quran Anar Naılbaz təntənəli toy mərasimi keçirməyib. Lakin xanım rəsmi nikahdan sonra Bakıdan getməli olub. Reperin anası müsahibələrində Anarın ikinci həyat yoldaşının ağır xərçəng xəstəsi olduğunu qeyd edib.
Son günlər tez-tez maqazin xəbərlərinin gündəmi olan Anarın 2017-ci ildə internetdə porno videosu yayılmışdı.
***
Serrozdan əziyyət çəkən Anar Nağılbaz 2018-ci il avqustun 4-də daxili qanaxma nəticəsində dünyasını dəyişdi. Çoxu onun ölümünə həmin porno videonun səbəb olduğunu düşünür. Çünki reper özü də mətbuat konfransı verərək bu haqda yüksək emosiya ilə danışmış, göz yaşlarını saxlaya bilməmişdi.

Tarix: 24 oktyabr 2024
Baxış: 43

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş